價格:免費
更新日期:2019-06-07
檔案大小:54M
目前版本:2.0
版本需求:Android 4.1 以上版本
官方網站:mailto:armmuz2019@gmail.com
Email:https://telegra.ph/Privacy-Policy-06-01-37
Ağayeva Tünzalə Qabil qızı - Bəstəkar, Müğənni, Azərbaycanın əməkdar artisti.
Məşhur Azərbaycan müğənnisi və bəstəkarı olan Tünzalə Ağayeva 1976-cı ilin oktyabrın 21-də Azərbaycanın şimal-qərbində yerləşən Tovuz şəhərində anadan olmuşdur. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirmiş və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirmişdir. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri almışdır. O, hələ 12 yaşındaykən Azərbaycanın görkəmli şairi Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələmişdir. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür.
2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan “Bakı Payızı” festivalının qalibi oldu. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi peşəkar yaradıcı fəaliyyətlə məşğuldur.
2002-ci ildə o, Rusiya Federasiyasında keçirilmiş Türksoy - Türk Gənclərinin Beynəlxalq Musiqi Yaradıcılığı Festivalında qalıb gəldi.
2003-cü ildə isə Tünzalə Ağayeva Ukraynada “Yalta-2003” Beynəlxalq Musiqi Müsabiqəsinin Qran-pri mükafatçısı olub.
2006-cı ildə Tünzalə Ağayeva Azərbaycanın “Əməkdar Artisti” fəxri adına layiq görülmüşdür.
2008-ci ildə Tünzalə Ağayeva tanınmış caz bəstəkarı, pianoçu və aranjimançı Cəmil Əmirovla birgə "Ölkəm" layihəsini həyata keçirdi. Layihədə görkəmli bəstəkar Asəf Zeynallının "Ölkəm" romansı yeni aranjiman və yeni üslubda tamaşaçılara təqdim olundu.
2008-ci ildən Tünzalə Ağayeva Avroviziya beynəlxalq musiqi müsabiqəsində Azərbaycanın daimi münsiflərindən biridir.
2010-cu ildə “Qızıl Başlar” Gənclər Mədəniyyət Mərkəzinin apardığı sorğunun nəticələrinə əsasən, Tünzalə Ağayeva Azərbaycanda "İlin ən vətənpərvər müğənnisi" seçilmişdir.
2011-ci ildə o, respublikada gənc ictimai hərəkatlarında fəal iştirakına görə ən böyük ictimai birlik olan "İrəli" İctimai Birliyi tərəfindən xüsusi diploma layiq görülmüşdür.
2012-ci ildə "İrəli" İctimai Birliyinin dəstəyi ilə Tünzalə Ağayeva "Anam Azərbaycan" adlı vətənpərvərlik mövzusunda əsərlərindən ("Mən fəxr edirəm ki, Azərbaycanlıyam", "Biz gəlirik", "İgidlər", "Şəhidim", "Bizim zaman") ibarət albomunu çıxartdı. Albom uşaq bağçaları, orta və ali təhsil müəssisələrinə paylanmışdır. Məqsəd gənclərdə və uşaqlar vətənpərvərlik hisslərinin aşılanması idi.
2012-ci ilin sentyabr ayında qardaş Türkiyədə “Avropa Qəzet işçilərinin dərnəyi” tərəfindən Tünzalə Ağayeva “İlin ən yaxşı sənətçisi” adına layiq görülmüşdür.
Bu günə qədər o, bir sıra beynəlxalq musiqi festivallarında rəsmi qonaq qismində iştirak etmişdir. Tünzalə Ağayeva “Azərbaycan Mədəniyyət Günləri” dövlət layihələri çərçivəsində Azərbaycanı xaricdə təmsil etmiş və gənc ifaçıların musiqi müsabiqələrində münsif kimi iştirak etmişdir.
2012-ci ilin avqust ayında o, “Qızıl Aypara” beynəlxalq xeyriyyə təşkilatı üçün konsert vermişdir. Konsert “Avrasiya” beynəlxalq araşdırma institutu tərəfindən dəstəklənmiş və İranda baş vermiş zəlzələdən əziyyət çəkən azərbaycanlılara kömək məqsədi daşıyırdı.
Tünzalə Ağayeva hal-hazırda fank və blyuz elementləri ilə pop-cazz-xalq musiqi janrlarında mahnılar bəstələyir və ifa edir.
Bağışla
Baki Milan
Başqa bir şey görmədim
Behane Gezirem
Bir Dünya İstəyirəm
Eşqin Ünvanı
Gəl Mənə Göstər
Gülbahar
Güzgü
İstəyirəm
İzin Ver
Novruz
Pərvanə
Salam Bakı
Sən tanımadığım doğmammısan
Sən yadıma düşəndə
Sənin kimi
Söylə nədən
Teqvim
Toxun mene